Almaniya kubokunda hər iki finalçı bəlli oldu

Bu gün futbol üzrə Almaniya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, ikinci finalçının adına “Ştutqart” – “Ayntraxt” matçında aydınlıq gəlib.

Məhsuldar keçən qarşılaşmada qapılara beş qol vurulub. Gərgin matçın yekununda sevinən tərəf “Ayntraxt” olub. Nəticədə Frankfurt təmsilçisi finalda bir gün öncə “Frayburq”u mübarizədən kənarlaşdırmış “Leypsiq”ə rəqib olub.

Xatırladaq ki, Almaniya kubokunda 2022/2023 mövsümünün final qarşılaşması iyunun 3-də Berlindəki “Olimpiya” stadionunda keçiriləcək. “Leypsiq” “Ayntraxt”la həlledici oyunda ev sahibi qismində çıxış edəcək.

Almaniya kuboku
Yarımfinal
2 may

Frayburq – Leypsiq 1:5
Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.

3 may

Ştutqart – Ayntraxt 2:3
Qol: T.Tomas, 19. Millot, 83 – Ndika, 51. Kamada, 55. Muani, 77-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: