Almaniya kubokunda ilk 1/4 finalçılar müəyyənləşdilər

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Paderborn” – “Ştutqart” matçında qonaqlar seviniblər. “Union Berlin” isə doğma meydanda “Volfsburq”a oxşar hesabla qalib gəlib. Nəticədə “Ştutqart”la “Union Berlin” 1/4 finala ilk iki vəsiqənin sahibi olub.

Sabah Almaniya kubokunda daha iki 1/4 finalçı müəyyənləşəcək. Mərhələnin qalan dörd oyunu isə gələn həftə keçiriləcək.

Almaniya kuboku
1/8 final
31 yanvar

Paderborn – Ştutqart 1:2

Union Berlin – Volfsburq 2:1

1 fevral

21:00. Leypsiq – Hoffenhaym
23:45. Maynts – Bayern

7 fevral

21:00. Sandhauzen – Frayburq
23:45. Ayntraxt – Darmştadt

8 fevral

21:00. Nürnberq – Fortuna (Düsseldorf)
23:45. Bohum – Borussiya (Dortmund)

Xəbəri sosial şəbəkələrdə paylaş: