Ötən gecə futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinə start verilib və ilk finalçı müəyyənləşib.
Arena.az xəbər verir ki, yarımfinalın birinci matçında “Saarbrükken” “Kayzerslautern”i qəbul edib.
Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, 2-ci Bundesliqa təmsilçisi inamlı qələbə sayəsində finala yüksəlib. “Kayzerslautern” həlledici oyunda “Bayer” – “Fortuna” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Kayzerslautern” klubu 21 ildən sonra ilk dəfə Almaniya Kubokunun finalına yüksəlib. Sözügedən komanda sonuncu dəfə 2003-cü ildə turnirin həlledici oyununda iştirak hüququ qazanmışdı. Bu komanda axırıncı dəfə kuboku 1996-cı ildə qazanıb.
Almaniya Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması mayın 25-də keçiriləcək.
Almaniya Kuboku
Yarımfinal
2 aprel
Saarbrükken – Kayzerslautern 0:2
Qollar: Ritter, 53. Ture, 75.
3 aprel
22:45. Bayer – Fortuna (Düsseldorf)


