Almaniya kubokunda ilk yarımfinalçı bilindi

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Union Berlin” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbə sayəsində ilk yarımfinalçıya çevriliblər.

Almaniya kubokunda digər yarımfinalçıların adına martın 2-də aydınlıq gələcək.

Almaniya kuboku
1/4 final

1 mart

Union Berlin – Sankt Pauli 2:1
Qol: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.

2 mart

21:30. Hamburq – Karlsrue
21:30. Hannover – Leypsiq
23:45. Bohum – Frayburq