Amil Yunanov Premyer Liqada 50-ci qoluna imza atdı

2024-cü ilin əvvəlindən “Kəpəz”in uğurları üçün çalışan Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.

Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, buna qədər “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Xatırladaq ki, Amilin Premyer Liqada ilk qolu 2011/2012 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb – 1:0.

Xatırladaq ki, müqavilə ilə “Səbail”ə məxsus olan Amil Yunanov “Kəpəz”ə bu qış fasiləsində icarə əsasında keçib. O, bu mövsümün sonuna kimi Gəncə klubunun uğurları üçün çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: