Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Füzuli” komandasının baş məşqçisi Amit Quluzadə istefa verib.
Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
30 yaşlı Quluzadə bu gündən etibarən “Füzuli” komandasının baş məşqçisi olmadığını bəyan edib. O, gələcək oyunlarda komandaya uğurlar arzulayıb.
Xatırladaq ki, Amit Quluzadə bu mövsümün əvvəlindən “Füzuli”yə rəhbərlik edirdi. Sözügedən komanda onun rəhbərliyi altında bu mövsüm İkinci Liqada keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb. Hazırda 20 xalı olan komanda 14 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


