“Mançester Yunayted”nin baş məşqçisi Ruben Amorim Premyer Liqanın 13-cü turunda “Everton” üzərində ev qələbəsini (4:0) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, böyükhesablı qələbəyə rəğmən, portuqal mütəxəssis “qırmızı şeytanlar”ın çıxışından tam razı qalmayıb:
“Nəticə yaxşıdır, amma biz praqmatik idik. Biz öz işimizi gördük – qalib gəldik, amma hiss edilir ki, hələ görəcəyimiz çox xüsus var. Oyuna yaxşı başladıq, amma tezliklə “Everton” oyuna nəzarəti ələ keçirdi. Gərəkli vaxtda qol vurduq və bu, oyunu dəyişdi.
Siz sadəcə hesaba baxa bilməzsiniz – məhz oyuna baxmaq gərəkdir. Bu, yaxşı bir səmərə deyildi, ancaq amerikan təpəcikləri üslubunda – enişli-yoxuşlu səmərə idi. Yaxşı olduğumuz məqamlarımız vardı, amma əziyyət çəkdiyimiz məqamlar da vardı. Tərəqqi vaxt və təcrübə tələb edir. Amma bəli, daha yaxşı olmaq və bu axında qalib gəlmək daha yaxşıdır”, deyə Amorim vurğulayıb.
Portuqal mütəxəssis “qırmızı şeytanlar”ın Premyer Liqanın cari mövsümündə ilk dördlükdə yer uğrunda mübarizəyə qadir olub-olmaması ilə bağlı sualı cavablayıb:
“Mən, xeyr desəm, siz mənim “Mançester Yunayted”in baş məşqçisi ola bilməyəcəyimi deyərdiniz. Amma azarkeşlərimizlə səmimi olmaq istəyirəm, ona görə də gəlin, bütün diqqəti nəticələrə deyil, oyuna yönəldək. Bunu sonda görəcəyik. Məni, bizim tutduğumuz yerə görə mühakimə edəcəklər, bunu bilirəm, amma gəlin, bütün diqqətimizi növbəti oyuna yönəldək”, – “Mançester Yunayted”in rəsmi saytı Amorimdən sitat gətirir.
13 turdan sonra 19 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. “Everton” isə 11 xalla 15-ci pillədədir. Premyer Liqaya 34 xalla “Liverpul” başçılıq edir.


