“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının “Tottenhem”lə final oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Əgər biz Avropa qənimətini qazansaq, onda adamlar bizim komandamıza fərqli baxışla baxacaqlar. Bu, bizə gələcəkdə kömək olacaq. Amma bu, mövsümün gedişatını dəyişmir.
Bizim, çözməli olduğumuz daha vacib məsələlərimiz var ki, bu klubu zirvəyə qaldıra bilək. Sabahkı gün isə bizə bu işdə yardımçı ola və bizim etməli olduğumuzu etməyə bizə güc bəxş edə bilər”, deyə Amorim vurğulayıb.
Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu bu gün, mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.