Amorim: “Mançester Yunayted”in kəskinliyi əskikdir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Lids”lə yoldaşlıq oyunundan (0:0) sonra “qırmızı şeytanlar” haqda qənaətini açıqlayıb.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına isinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu, mövsümöncəsi oyun idi, meydanda oyunçularımız arasında məsafə bəzən çox böyük olurdu. Yüksək təzyiq cəhdləri altında bizə kifayət qədər çətin idi: onlar topu vurub-çıxarır, top çalımlarında qalib gəlir, məhz onda onlar təhlükə təcəssüm etdirirdilər. Bizim kəskinliyimiz əskikdir, xüsusən də meydanın mərkəzində, bu, görünür, ona görə də topla irəliyə hərəkət etməyimiz ağırlaşır. Amma buna rəğmən, bizim də fürsətlərimiz yaranırdı.

Bizə, qarşıda çox iş görmək gərəkdir, amma bu, Premyer Liqa komandası ilə ilk oyun idi, müxtəlif kollektivlər oynayırdılar, bu, heç də pis yoxlama deyildi”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, mövsümöncəsi hazırlıq çərçivəsində ikinci oyunda “Mançester Yunayted” “Vest Hem”lə qarşılaşacaq. “Çəkicdöyənlər”lə oyun iyulun 27-nə təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: