Andrey Draqu “Şəfa”da!

Rumıniyanın “Unirea Sloboziya” klubunun sol cinah müdafiəçisi, rumıniyalı futbolçu Andrey Draqu bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şəfa”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Andrey Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. O, karyerası ərzində “Vitorul”, “Botoşani” və “Universitatya” (Krayova) kimi komandaların da formasını geyinib.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha öncə Vlad Pop, Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu da heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: