Əfsanəvi ukraynalı sabiq futbolçu Andrey Şevçenko bu gün Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti seçilib.
Arena.az məlumat verir ki, Kiyev Futbol Evində Ukrayna Futbol Assosiasiyasının (UAF) konqresi keçirilib.
Tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə ötənlərin əfsanəvi hücumçusu Andrey Şevçenko təyin edilib. Ukrayna futbol rəsmiləri Ukrayna Futbol Assosiasiyasının prezidentinin boş qalmış vəzifəsinə yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyiblər.
“Milan”ın və “Çelsi”nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində 6-cı prezident olub.
Vurğulayaq ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı rüşvət qalmaqallarına görə həbsdədir.
“Şeva”nın təyinatı sabiq futbolçunun vaxtilə dünyaya tanınmasında böyük rol oynamış “Milan” tərəfindən təbriklə qarşılanıb:“Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsinə təyin edilmiş Andrey Şevçenkonu təbrik edir və ona uğurlar arzulayırıq”, “Milan”ın mətbuat xidmətinin sosial şəbəkələrdə bu məqsədlə paylaşdığı ismarışında deyilir.
Əvvəllər mətbuatda, Andrey Şevçenkonun namizədliyini həmkarları tam dəstəkləsə də, guya bu mövqedən imtina etdiyi barədə məlumatlar yayılmışdı.


