Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu iraqlı yarımmüdafiəçi Ali Jasim ilə güclənib.
Arena.az xəbər verir ki, bu barədə Antalya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb. Sağ cinah vingerinin sonuncu klubu “Əl-Kəhrba” olub. Gənc futbolçu İraqın U-20 yığmasının da uğurları üçün çalışır.
“Antalyaspor” Əlcəzairdən olan sol cinah vingeri Hussam Qaça ilə də yollarını ayırıb. 27 yaşlı futbolçu Tunisin “Esperans” klubuna transfer olunub. Tunis təmsilçisi bu transfer üçün Antalya klubuna 250 min avro ödəyib.
Hussam Qaça 2021-ci ilin iyul ayından Türkiyə klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 65 oyun keçirib, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Qaça Əlcəzair yığmasında da 1 oyun keçirib.
Xatırladaq ki, ötən mövsüm Türkiyə Super Liqasında o qədər də uğurlu çıxış etməyən “Antalyaspor” Qaçadan öncə Kristian Luyindama, Mark Mampassi, Emrecan Uzunhan, Cemali Sertel, Balint Sabo, Alassane Ndao, Doğukan Sinik, Bertuğ Yıldırım, Fyodr Kudryaşov, Shoya Nakajima, Admir Mehmedi və Alperen Uysal ilə də yollarını ayırmışdı.


