Azərbaycan Premyer Liqasında uğursuz mövsüm (2025/2026) keçirmiş “Araz-Naxçıvan” 10 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü ilə bağlı çalışmalarını davam etdirən klub müqaviləsinin müddəti başa çatmış Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yollarını ayırıb. Onlarla yeni anlaşma imzalamağa ehtiyac duyulmayıb. Klub rəhbərliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə heyətindəki oyunçulardan Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Onlar növbəti mövsümdə də bu komandanın heyətində çıxış edəcəklər.


