“Araz-Naxçıvan” “İmişli” ilə sınaq matçında “sülh bağladı”

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” və “Araz-Naxçıvan” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, elita təmsilçiləri bu gün Bakı Olimpiya stadionunun ehtiyat meydanında qarşılaşıblar.

Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 2:2. Naxçıvan təmsilçisinin qollarını Məhəmməd Mara və Ceyhun Nuriyev vurublar. “İmişli”nin heyətində isə İdris İnqilablı və Seyxan Fərəcov fərqləniblər.

“İmişli” PFK növbəti yoxlama oyununu iyulun 27-də Yexlax Şəhər stadionunda “Karvan” komandasına qarşı keçirəcək. “Araz-Naxçıvan” isə iyulun 28-də yoxlama oyunu keçirməyi nəzərdə tutsa da, hələlik, hansı komanda ilə qarşılaşacağını rəsmi olaraq açıqlamayıb.

Xatırladaq edək ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan” 46 xalla 6-cı, “İmişli” isə 34 xalla 9-cu yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: