“Araz-Naxçıvan” Premyer Liqaya yeni loqo ilə gəlir

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanmış “Araz-Naxçıvan” klubunun yeni loqosu hazırlanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Loqoya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da həkk olunub.

Xatırladaq ki, “Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub. Bu üzdən də sözügedən klub elitada oynamaq hüququ qazanıb. Bu komanda Premyer Liqanı tərk etmiş “Şamaxı”nı əvəz edəcək.

Naxçıvan klubunun köhnə loqoları belə idi:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: