Premyer Liqanın 12-ci turunda “Sumqayıt”a uduzan “Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 12-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər oyununa təsadüf edib.
Sumqayıtdakı görüşə qədər 99 top buraxan Muxtar Respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.
Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.
Xatırladaq ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurub.


