Bu gün futbol üzrə Almaniya Kubokunun 2024/2025-ci illər mövsümündə 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.
“Arminiya” doğma meydanda “Verder”lə münasibətləriinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Nəticədə “Arminiya” yarımfinala yüksəlibsə, “Verder” mübarizəni dayandırıb
Xatırladaq ki, fevralın əvvəlində keçirilmiş mərhələnin açılış matçında “Ştutqart” doğma meydanda “Auqsburq”a qalib gəlməklə finala yüksəlmişdi. “Bayer” də “Köln”lə qarşılaşmada əzmkar qələbə qazanmaqla yarımfinala vəsiqəni təmin etmişdi.
Almaniya Kubokunun 1/4 mərhələsinin sonuncu oyunu sabah keçiriləcək.
Almaniya Kuboku
1/4 final
4 fevral
Ştutqart – Auqsburq 1:0
Qol: Undav, 30.
5 fevral
Bayer – Köln 3:2
Qollar: Şik, 61; 90+6. Bonifase, 98 – Dauns, 45+10. Maina, 54.
25 fevral
Arminiya – Verder 2:1
Qollar: Vorl, 35. Malatini, 41-öz qapısına – Burke, 56.
26 fevral
23:45. Leypsiq – Volfsburq


