Fransanın “Monpelye” klububun müdafiəçisi Arno Suke Liqa 1 təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, Fransadan olan 30 yaşlı futbolçu bundan sonra ABŞ-ın “Çikaqo Fayr” klubunun uğurları üçün çalışacaq.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent kimi qoşulan müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin 31 dekabrına qədərdir.
Arno Suke “Monpelye”yə 2019-cu ilin avqustunda Belçika “Gent” klubundan 2.8 milyon avro qarşılığında transfer olunmuşdu. Sağ cinah müdafuəçisi bu komandanın heyətində meydana çıxdığı 104 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, “Lill”, “Paris”, “Muskron”, “Dransi”, “Vandeya”, “Dijon” və “Nitsa” kimi klubların da formasını geyinib.
“Monpelye” yarımmüdafiəçisi Saşa Delayeni də “Le Puy Foot” klubuna icarəyə verib. Fransadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.
Saşa Delaye “Monpelye”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 17 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.


