Arriqo Sakki “Milan”ın bərbad oyununun “sirrini açdı”

Məşhur italiyan məşqçi Arriqo Sakki “Milan”ın cari mövsümdə zəif, baxımsız çıxışının səbəblərindən danışıb.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən Sakkinin müvafiq mövzuda fikirlərini təqdim edir:

“Kimsə son nəticələrdə Stefano Piolinin günahı olduğunu düşünürmü? Ümidvaram yox. Hesab edirəm ki, əsas xətaya mövsümün əvvəlində yol verilib. Bütün fəsadlar buradan qaynaqlanırdı. Klub həddən artıq çox əcnəbi futbolçu ilə müqavilə imzalayıb. Xaricdən gələnlərə çempionatımızı, üsullarımızı anlamaq üçün vaxt lazımdır. Bu uşaqlar çaşqın görünürlər və nəticədə “Milan” həmişə vahid komanda kimi görünmür.

Mən düşünürəm ki, fitəbasma ədalətdi idi, çünki oyun bərbad idi. Fəsad ondadır ki, qərargahın futbolçuların başına girib onlardan komanda yığmağa vaxtı yoxdur.

Məşqçilər yeni oyunçuları imzalamazdan əvvəl öz səslərini eşitməlidirlər. Raykardla müqavilə bağlamazdan əvvəl ona iki həftə nəzarət etmək üçün birini göndərdim. Qayıdanda hətta ondan nə yediyini, meydandankənar vərdişlərinin nə olduğunu soruşdum. Siz futbolçunun önündə olan şəxsi seçməlisiniz”, deyə Arriqo Sakki bildirib.

Xatıradaq ki, “Milan” A Seriyasının 11 turundan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Rossoneri” 7 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət yaşayıb, top fərqi isə 18:12 nisbətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: