“Arsenal” “Ayaks”dan Yurrien Timberi transfer edir

İngiltərənin “Arsenal” klubu “Ayaks”ın və Niderland yığmasının müdafiəçisi Yurrien Timberi transfer edə bilər.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “topçular” müdafiənin mərkəzində və sağ cinahında, həmçinin zərurət halında müdafiəyə meyilli dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilən futbolçu axtarışındadırlar. Timber bu meyarlara ən yaxşı uyğun futbolçudur.
“Ayaks”ın oyunçusunun satışından “Arsenal”ın ödəməyə hazır olduğu 34 milyon avrodan daha çox gəlir əldə etmək istədiyi, amsterdamlıları 57 milyon avro məbləğin razı sala biləcəyi vurğulanır. Yaxın vaxtlarda transfer məbləği haqda klublar arasında danışıqlar davam etdiriləcək.

2022/2023 mövsümündə Timber “Ayaks”ın heyətində 47 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Timberin “Ayaks”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı futbolçunu 42 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: