Futbol üzrə UEFA Çempionar Liqasında qrup mərhələsinin 5-ci turunun “Lans”la ev oyunu London “Arsenal”ı üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Fransa klubunu doğma meydanda 6:0 hesabıyla məğlub etmiş “topçular” avrokuboklarda İngiltərə adına tarixi rekord müəyyənləşdiriblər.
Belə ki, bu oyun İngiltərə təmsilçilərinin Fransa komandaları üzərində avrokuboklarda qazandığı ən böyükhesablı qələbəsi kimi əlamətdar olub.
Qələbə sayəsində London klubu UEFA Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqəsini təmin edib. “Lans” isə müvafiq imkandan məhrum olub.
5 turdan sonra “Arsenal” yer aldığı “B” qrupunda 12 xalla liderdir. PSV-nin 8, “Lans”ın 5, “Sevilya”nın 2 xalı var.


