“Arsenal” Vilyam Saliba ilə müqavilənin müddətini uzadır

“Arsenal” rəhbərliyi fransalı mərkəz müdafiəçisi Vilyam Saliba ilə yeni müqavilənin bütün əsas şərtlərini razılaşdırıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Saliba 2023/2024 mövsümünə hazırlaşmaq üçün komandanın düşərgəsinə gəldikdən sonra, tərəflər gərəkli sənədləri imzalayacaqlar. Yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq və avtomatik olaraq daha bir il uzadılma maddəsini özündə ehtiva edir.

Salibanın “topçular”la cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

2022/2023 mövsümündə Saliba “Arsenal”ın heyətində 33 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib, komandası ilə İngiltərə Premyer Liqasının “gümüş”ünü qazanıb.

“Transfermarkt” internet-portalı Vilyam Salibanı 65 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Arsenal” alman hücumçu Kay Havertsi transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: