Arteta: “Arsenal”ı PSV ilə mürəkkəb oyunlar gözləyir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/8 finalında PSV ilə qarşılaşacağı püşkün nəticəsini qiymətləndirib.

Arena.az ispan mütəxəssisin püşklə bağlı mətbuat toplantısında səsləndirdiyi fikri təqdim edir:

“Biz onlara qarşı artıq, oynamışıq. Bu, həqiqətən yaxşı komandadır. Bizi mürəkkəb oyunlar gözləyir. Biz nə ilə üz-üzə gələcəyimizi bilirik. Bu mərhələdə hər bir komanda həqiqətən yaxşıdır. Bu məqam yetişəndə, biz buna hazır olacağıq”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, “Arsenal” PSV ilə ilk oyunu martın 4/5-də səfərdə, cavab oyununu isə martın 11/12-də evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: