“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın İngiltərə Premyer Liqasında mümkün çempionluğu ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssin müvafiq cavabını təqdim edir:
“Mən buna (İngiltərə Premyer Liqasında qalibiyyətə – redaktorun qeydi) müvəffəq olmaq məqsədilə gücüm daxilindəki hər şeyi etmək fikrinə giriftaram. Mən bu axına çox aludəyəm, amma mən yekun nəticəni idarə edə bilmərəm”, deyə Arteta maraqlı açıqlaması ilə diqqət çəkib.
İngiltərə Premyer Liqasının 25 oyununda “Arsenal” 53 xal toplayıb. “Topçular” yarış cədvəlinin 2-ci pilldə qərarlaşıblar.
Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.


