“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted”ə qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra klubun rəsmi saytına açıqlama verib.
O, “topçular”ın oyununda nələrin təkmilləşdirilməsi gərək olduğunu açıqlayıb:
“Yoldaşlıq oyunu olsa da, belə səviyyədə, belə ağır oyun, çox məlumat verir və bu, həmişə müsbətdir. Təkmilləşdirməli olduğumuz çox şey var, xüsusən də hər iki cərimə meydançasında oyun. Xətalar futbolun bir hissəsidir, ancaq onlardan qaçmaq lazımdır. Məğlub olmaq həmişə ağrılıdır.
Fizika baxımından hüdud yüksək idi və buna müvafiq olmaq gərək idi. Ona görə də bir sıra futbolçulardan biz bir qədər çoxunu gözləyirik. Ümumiyyətlə, rəqibin effektli oynadığı zaman məqamları vardı. Bizim də üstünlüyə sahib olduğumuz və məğlubiyyətdən qaçmağa cəhd etdiyimiz ikinci hissədə qol vurmağa şanslarımız vardı, ancaq məqamları gerçəkləşdirmədik və rəqib qalib gəldi”, deyə Arteta bildirib.
Xatırladaq ki, “Arsenal” Mikel Artetanın rəhbərliyi altında geridə qalmış 2022/2023 mövsümünü İngiltərə Premyer Liqasının gümüş mükafatçısı olaraq tamamlayıb. “Topçular” çempionata inamla və uğurla başlasalar da, cari ilin yazında bir neçə oyunda büdrəyərək üstünlüyü “Mançester Siti”yə buraxıblar.ə “Şəhərlilər” “topçular”ın bu “səxavət”indən faydalanaraq çempionluğu bayram ediblər.


