“Aston Villa” Emiliano Buendianı transfer etdi

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Norviç Siti”dən Emiliano Buendianı transfer edib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Buendia ilə razılaşmanın detalları açıqlanmayıb.

Hazırda Argentina milli komandasının düşərgəsində olan Buendia yığmanın toplanışından sonra İngiltərəyə gələrək, “Aston Villa” ilə rəsmi müqavilə imzalayacaq.

Buendia geridə qalan mövsümdə “Norviç Siti”nin heyətində Çempionşipdə 39 oyuna çıxıb, 15 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi komandasının Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub.