Avroliqa: 2-ci raundun bütün cütləri dəqiqləşdi

Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ötən gecə keçirilmiş 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib.

Bəzi cütlər isə hələ bu raundun püşkatmasından sonra müəyyənləşmişdi.

Beləliklə, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.

Türkiyənin “Beşiktaş” komandası isə “Midtyulland” (Danimarka) ilə üz-üzə gələcək. “Qara qartallar” da ilk oyunu evdə keçirəcəklər.

Qeyd edək ki, Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi
23–30 iyul

Hammarbü (İsveç) – Anderlext (Belçika)

Qarabağ (Azərbaycan) ÇSKA (Sofiya, Bolqarıstan)

Tromse (Norveç) – Hradeç (Çexiya)

Tvente (Niderland) – Ferentsvaroş (Macarıstan)

Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka)

Hayduk (Split, Xorvatiya) – Pafos (Kipr)

Şerif (Tiraspol, Moldova) – Makkabi (Təl-Əviv, İsrail)

Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya)

Dinamo (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: