Avroliqa: “Aston Villa” 3 cavabsız qolla çempion oldu!

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün həlledici oyunu – final matçı keçirilib.

Arena.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları üz-üzə gəliblər.

Qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda baş tutub. Oyunu Fransadan olan Fransua Leteksye idarə edib. Görüş “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə Birmingem təmsilçisi 44 ildən sonra avrokuboklarda titul əldə edib. “Aston Villa” 1981/1982-ci illər mövsümündə Avropa Kubokunu (indiki Çempionlar Liqası) və UEFA Super Kubokunu qazanmışdı.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.

Xatırladaq ki, Avroliqa tarixinin ən titullu komandası “Sevilya”dır. İspaniya klubu 7 dəfə bu turnirin qalibi olub. İtaliyanın “İnter” və “Yuventus”, İngiltərənin “Tottenhem” və “Liverpul” komandaları isə hərəyə 3 dəfə Avropa Liqasında zəfər yaşayıblar.

Avropa Liqası
Final
20 may

Frayburq (Almaniya) – Aston Villa (İngiltərə) 0:3
Qollar: Tilemans, 41. Buendiya, 45+3. Rocers, 53.
Baş hakim: Fransua Leteksye (Fransa).
İstanbul. “Beşiktaş Park” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: