Avroliqa: Liqa mərhələsinə bu gün start verilir

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2025-cı illər mövsümünün Liqa mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Zaqreb “Dinamo”sunun (Xorvatiya) qonağı olacaq. İspaniyanın “Betis” kollektivi isə evdə “Nottingem Forest”lə (İngiltərə) üz-üzə gələcək. “Roma” (İtaliya) da Fransada “Nitsa”nın qonağı olacaq.

Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin ilk turunun qalan oyunları sabah – sentyabrın 25-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci
24 sentyabr

20:45. PAOK (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail)
20:45. Midtyulland (Danimarka) – Şturm Qras (Avstriya)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Fənərbağça (Türkiyə)
23:00. Betis (İspaniya) – Nottingem Forest (İngiltərə)
23:00. Braqa (Portuqaliya) – Feyenoord (Niderland)
23:00. Srvena Zvezda (Serbiya) – Seltik (Şotlandiya)
23:00. Frayburq (Almaniya) – Bazel (İsveçrə)
23:00. Nitsa (Fransa) – Roma (İtaliya)
23:00. Ludoqorets (Bolqarıstan) – Malmö (İsveç)