Avroliqada həftənin rəmzi komandası açıqlandı

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Arena.az xəbər verir ki, rəmzi heyətdə “Mançester Yunayted”dən üç futbolçu yer alıb:

Qapıçı: Andreas Linde (“Molde”, Norveç);

Müdafiəçilər: Mett Doherti (“Tottenhem”, İngiltərə), Erik Bayi (“Mançester Yunayted”, İngiltərə), Nikolay Matviyenko (“Şaxtyor”, Donetsk, Ukrayna), Borna Barişiç (“Reyncers”, Şotlandiya);

Yarımmüdafiəçilər: Daniel Ceyms, Bruno Fernandes (hər ikisi “Mançester Yunayted”), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Robert Kenedi (“Xetafe”, İspaniya);

Hücumçular: Bruno Petkoviç (“Dinamo” Zaqreb, Xorvatiya), Munas Dabbur (“Hoffenhaym”).