Futbol üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulub.
Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutub. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gəlib. İnamlı qələbə qazanan ingilislər növbəti mərhələyə vəsiqə əldə ediblər.
Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçirilib. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparıblar. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtın ilk yarısında İsveç yığması azlıqda qalıb. Ukraynalılar bu şansdan ikinci 15 dəqiqənin sonlarında istifadə ediblər və çətin qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.
Avropa çempionatı
1/8 final
29 iyun
İngiltərə – Almaniya 2:0
Qol: R.Sterlinq, 75. H.Keyn, 86.
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
Ehtiyat oyunçular: 13. Aaron Ramzdeyl, 23. Sem Conston, 7. Cek Qriliş, 8. Cordan Henderson, 11. Markus Reşford, 15. Tayron Minqs, 16. Konor Koadi, 17. Ceydon Sanço, 19. Meyson Maunt, 20. Fil Foden, 24. Riz Ceyms, 26. Cud Bellingem.
Baş məşqçi: Qaret Sautqeyt.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müller.
Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Kevin Trapp, 3. Marsel Halştenberq, 9. Kevin Folland, 10. Serj Qnabri, 14. Camal Musiala, 15. Niklas Züle, 17. Florian Noyhaus, 19. Leroy Sane, 21. İlkay Gündoğan, 23. Emre Can, 24. Robin Kox.
Baş məşqçi: Yoahim Löv.
İsveç – Ukrayna 1:2
Qol: E.Forsberq, 43 – A.Zinçenko, 27. A.Dovbik, 120+1.
Qırmızı vərəqə: M.Danielson, 99.
Baş hakim: Daniele Orsato (İtaliya).
Qlazqo. “Hempden Park” stadionu.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 21. Deyan Kuluşevski, 24. Markus Danielson.
Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 5. Pyer Benqtsson, 9. Markus Berq, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Ken Sema, 16. Emil Kraft, 17. Viktor Klaesson, 18. Pontus Yansson, 22. Robin Kayson, 26. Yens Kayuste.
Baş məşqçi: Yan Andersson.
Ukrayna: 1. Georgi Buşçan, 4. Sergey Krivçov, 5. Sergey Sidorçuk, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Ehtiyat oyunçular: 12. Andrey Pyatov, 23. Anatoli Trubin, 2. Eduard Sobol, 8. Ruslan Malinovski, 11. Marlos, 14. Yevgeni Makarenko, 15. Viktor Tsiqankov, 16. Vitali Mikolenko, 18. Roman Bezus, 19. Artyom Besedin, 24. Aleksandr Tımçik, 26. Artyom Dovbik.
Baş məşqçi: Andrey Şevçenko.


