Avropa Liqasında “Sevilya” – “Roma” finalı olacaq!

Bu gün futbol üzrə Avropa Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

İtaliyanın “Roma” komandası doğma meydanda məğlub etdiyi Almaniya “Bayer”i ilə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşıb. Nəticədə ötən mövsüm Avropa Konfrans Liqasının qalibi olmuş romalılar bu ilə də Avroliqada finala yüksəliblər.

İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla (1:1) yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran “Sevilya” ikinci finalçı olub.

Avropa Liqasında final oyunu mayın 31-də keçiriləcək. Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bayer (Almaniya) – Roma (İtaliya) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Leverkuzen, “Bay Arena”.
İlk oyun – 0:1.

Bayer: Hradeçki, Tapsoba, Ta (Amiri, 86), Hinkapye, Frimponq, Demirbay, Palasios (Hlojek, 80), Bakker (Adli, 73), Diabi, Virts, Azmun.
Roma: Patrisio, Mançini, Kristante, İbanes, Spinatsola (Zalevski, 34), Pelleqrini, Matiç, Bove, Çelik (Smollinq, 78), Belotti (Veynaldum, 46), Abraham.

Sevilya (İspaniya) – Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 1:1

Sevilya: X.Navas (P.Qomes, 106), Rakitiç, Fernando, Qudel, Bunu, Okampos (Lamela, 70), Akuna, O.Torres (Suso, 62/Rekik, 118), Ən-Nəsiri, B.Xil (Montiel, 100), L.Bade.
Yuventus: Şesnı, Di Mariya (Kyeza, 63), Kuadrado (Milik, 106), Danilo, Rabyo, Lokatelli (Miretti, 86), Kin (Vlahoviç, 63), Qleyson, Facioli (Paredes, 41), S.Junior (Kostiç, 86), Qatti.