“Ayntraxt” – “Holştayn” oyununda bədbəxt hadisə

Almaniya Bundesliqasının 22-ci turunun “Ayntraxt” (Frankfurt) – “Holştayn” oyununda (3:1) bədbəxt hadisə yaşanıb.

Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, oyun zamanı bir azarkeş ehtiyatsızlıqdan tribunanın orta yarusundan yıxılıb.

Yıxılmış azarkeş aşağı tribunadakı iki azarkeşin üzərinə düşüb və onları ciddi zədələyib, daha iki azarkeş isə yüngül xəsarətlərlə canını qurtarıb. Zərərçəkmişlərə elə, stadiondaca dərhal təcili tibbi yardım göstərilib. Sonra bütün yaralılar xəstəxanaya təxliyə ediliblər. Zərərçəkmişlərin səhhətinin təhlükəsizlikdə olduğu vurğulanır.

“Biz fürsətimizdən istiadə edərək, hamıya tezliklə sağalmasını diləyirik”, – “Ayntraxt”ın mətbuat xidməti bildirib.

Cari mövsümdə keçirdiyi 22 oyunda 42 xal toplamış “Ayntraxt” Almaniya Bundesliqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Holştayn” isə 13 xalla sonuncu, 18-ci pillədədir.

Bundesliqaya 55 xalla “Bayern” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: