Bu gün futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
Keçirilən oyunlardan sonra “Bayer”, “Saarbrüken”, “Herta” və “Ştutqart” komandaları növbəti mərhələyə yüksəliblər. Bundesliqa təmsilçilərindən Dortmund “Borussiya”sı ilə “Ayntraxt”ın 1/4 finala vəsiqə qazana bilməməsi diqqətçəkən olub.
Xatırladaq ki, daha öncə “Fortuna” (Düsseldorf), “Kayzerslautern”, “Sankt Pauli” və “Borussiya” (Mönxenqladbax) komandaları da Almaniya Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar.
Almaniya Kuboku
1/8 final
5 dekabr
Maqdeburq – Fortuna (Düsseldorf) 1:2
Kayzerslautern – Nürnberq 2:0
Homburq – Sankt Pauli 1:4
Borussiya (Mönxenqladbax) – Volfsburq 1:0
6 dekabr
Bayer – Paderborn 3:1
Saarbrüken – Ayntraxt 2:0
Herta – Hamburq 3:3 (penaltilər 5:3)
Ştutqart – Borussiya (Dortmund) 2:0


