Ayxan Hüseynov “Turan Tovuz”un yubiley qoluna imza atdı

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qarabağ”la ev oyunu “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada “Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Qərblilərin yubiley qoluna Ayxan Hüseynov imza atıb. Son qolu vuran Ayxan Tovuz klubunun “50”yə 46-cı matçda çatmasına töhfə verib. Qərblilərin məhsuldarlığı 1,09-a bərabərdir.

“Turan Tovuz” yarışın tarixinə ən azı 50 qol vuran 43-cü komanda kimi düşüb. Tovuzun Premyer Liqadakı ikinci təmsilçisi olan “Turan Tovuz”un ilk qolu ötən mövsümə təsadüf edib. 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında Natan Oduva qələbə qoluna imza atıb – 1:0.

Xatırladaq ki, Ayxan Hüseynov 2022-ci ilin iyul ayından “Turan Tovuz”un uğurları üçün çalışır. O, bu komandada 45 oyun keçirib, 4 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: