Azərbaycan – İsveç: Öncə rəqib, sonra millimiz

AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç matçından əvvəlki mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi noyabrın 15-də saat 18:00-da media nümayəndələrinin qarşısına çıxacaq.

Milli komandamızın açıq məşqi isə 18:30-da start götürəcək.

İsveç yığmasının baş məşqçisi Yanne Andersson isə saat 16:00-da media nümayəndələri ilə görüşəcək. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq məşqinə də saat 14:45-də start veriləcək.

Xatırladaq ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç matçına saat 21:00-da start veriləcək.

İsveç milli komandası

Saat 14:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika stadionu)
Saat 16:00. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika stadionu)

Azərbaycan milli komandası

Saat 18:00. Mətbuat konfransı (“Dalğa Arena”)
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Xəbəri sosial şəbəkələrdə paylaş: