Futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib. Arena.az xəbər verir ki, “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub.
“Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.
Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya – “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.
2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.
Xatırladaq edək ki, Azərbaycan kubokunda 2019/20 mövsümünün yarımfinalı koronavirus pandemiyası üzündən baş tutmayıb. 2020/21 mövsümü isə tamaşaçısız keçirilib.
Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:
2008/09 – 4500
2009/10 – 15400
2010/11 – 21400
2011/12 – 6000
2012/13 – 16420
2013/14 – 9000
2014/15 – 7400
2015/16 – 12316
2016/17 – 9600
2017/18 – 10900
2018/19 – 5900
2019/20 – –
2020/21 – –
2021/22 – 4700
2022/23 – 12600


