Azərbaycan kubokunun final matçını bu hakimlər idarə edəcək

Futbol üzrə Azərbaycan kubokunun sabah keçiriləcək final oyununu idarə edəcək hakimlər müəyyənləşib. Arena.az xəbər verir ki, “Qarabağ” və “Zirə” arasında baş tutacaq final matçını Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Ona yan xətt hakimləri Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcək.

Qeyd edək ki, sabah Qəbələdə keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 19:00-da start veriləcək.

Azərbaycan kuboku
Final
27 may

“Qarabağ” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Hakim-inspektor: Fritz Ştuxlik.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: