Azərbaycan millisi Farer adalarına səfərdə qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 3-cü turu çərçivəsində Farer adaları ilə qarşılaşıb.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutan görüşü Latviyadan olan hakimlər briqadası idarə edib. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olub.

Xatırladaq ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edirdi. Üç qolun qeydə alındığı bu oyunda da qələbəni millimiz bayram edib.

Qrupun digər oyununda bu gün Kipr Monteneqronu qəbul edir.

Komandamız qrupdakı növbəti matçını oktyabrın 31-də Monteneqro millisinə qarşı keçirəcək. Bu matç Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
27 oktyabr

Farer adaları – Azərbaycan 1:2
Qollar: Villemoes Dal Kristiansen Sunniva, 82 – Kristina Bakarandze, 30. Manə Mollayeva, 50.
Baş hakim: Yelena Yermolayeva
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaqa
Dördüncü hakim: Darja Voytehoviça
(Hakimlər briqadası Latviyadandır).
Klaksvik. “Djupumyru” stadionu. Saat 17:00.

Farer adaları: 1. Oluva Yoensen Allansdottir, 2. Malena Olsen (9. Rebekka Benbakoura Fjallsa, 61), 3. Birita Rayan (k), 5. Villemoes Dal Kristiansen Sunniva, 6. Heidi Sevdal, 8. Eyovor Klarkstein, 10. Culiya Mortensen Naomi, 13. Yensa Tarolvsdottir Kannuberq, 15. Torunn Yoensen Hoyqaard (17. Tora Mohr, 78), 20. Sara Lamhauge Samson, 21. Runa Yakobsen (11. Klementsen Fridrikka Mariya, 61).
Ehtiyat oyunçular: 23. Valborq Ostero, 4. Asa Stora Karlsen, 14. Mona Rasmusdottir, 16. Marqunn Lindholm, 18. Maria Yohansen Vinyardsdottir.
Baş məşqçi: Andersen Signe Pries.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (14. Coşqunə Əliyeva, 69), 3. Jalə Məhsimova (21. Aysun Əliyeva, 84), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 11. Vüsalə Seyfəddinova, 16. Parlak Nazlıcan, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Milana Rəhimova, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 18. Alina Dorofeyeva, 19. Fidan Cəfərova, 17. Vüsalə Hacıyeva.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal: Azərbaycan – 7. Kipr – 4. Monteneqro – 3. Farer adaları – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: