Azərbaycan millisi İsveçə daha biabırçı hesabla uduzdu

Futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, yığmamız yeni tsiklin ikinci matçını da səfərdə keçirib.

İlk turda Avstriyaya 1:4 hesabıyla uduzmuş Canni De Byazinin yetirmələri bu dəfə İsveç yığmasının qonağı olublar. Hansı ki, rəqibimiz də ilk turda darmadağına üzülmüşdü. Yanne Andersonun çalışdırdığı İsveç yığması Belçikaya 3 cavabsız qolla məğlub olmuşdu. Bu üzdən hər iki komanda AÇ-2024-ün seçmə mərhələsində ilk xallarını qazanmağı hədəfləmişdi. Azərbaycan millisi seçmə mərhələdə xal hesabını açmaq üçün Solnadakı matçda ən azı uduzmalı idi.

Amma Fransadan olan hakimlər briqadasının idarə etdiyi və “Friends Arena”da baş tutan matç Azərbaycan futbolçuları üçün uğursuz alınıb. İsveç yığması millimizi 5 cavabsız qolla cəzalandırıb. Avstriyada olduğu kimi, İsveçdə də müdafiədə buraxılan kobud səhvlər növbəti biabırçı məğlubiyyəti qaçılmaz edib.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
27 mart

İsveç – Azərbaycan 5:0
Qol: Emil Forsberq, 38. Bəhlul Mustafazadə, 65-öz qapısına. Viktor Qyökeres, 79. Yesper Karlsson, 88. Antoni Elanqa, 89.
Hakimlər: Stefani Frappar, Mikael Beşebru, Metyü Qrosbost, Bastyen Deşepi (hamısı Fransa).
Solna. “Friends Arena”.

İsveç: 1. Robin Olsen, 2. Linus Vahlqvist, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 6. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 10. Emil Forsberq, 17. Viktor Qyökeres, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hien, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starfelt, 16. Yesper Karslström, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqşi: Yanne Andersson.

Azərbaycan: 1. Emil Balayev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 15. Elvin Camalov, Filip Ozobiç, 21. Ozan Can Kökcü, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: