Azərbaycan millisi Litvaya da uduzdu – Ardıcıl 4-cü məğlubiyyət

18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın dördüncü günündə komandamızın rəqibi litvalı voleybolçular olublar.

Qarşılaşma Litva yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. Millimiz yenə quru hesabla uduzub – 0:3 (7:25, 14:25, 13:25).

Xatırladaq ki, Azərbaycan millisi daha öncə meydan sahibi Latviyaya, həmçinin Ukrayna və Estoniya ilə görüşlərdə də 0:3 hesablı məğlubiyyətə üzülmüşdü.

Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-na qədər davam edəcək çempionatda Gürcüstan və Polşa yığmaları ilə də qarşılaşacaq.

AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: