Azərbaycan millisi Monteneqro üzərində darmadağına sevindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 4-cü turu çərçivəsində Monteneqro ilə qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da baş tutan görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib. Görüşdə ədalət təmsilçisi Anastasiya Romanyuk olub.

Xatırladaq ki, komandamız əvvəlki oyunlarında Monteneqroya səfərdə 1:0, Farer adalarına 2:1 hesabıyla qalib gəlmişdi. Kiprlə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Millimiz Monteneqro ilə ev oyununda da darmadağına imza atıb.

Bu möhtəşəm qələbədən sonra Azərbaycan millisi 10 xalla qrupa liderlik edir. Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Qrupun digər oyununda bu gün Kipr Farer adalarının qonağı olacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
31 oktyabr

Azərbaycan – Monteneqro 3:0
Qollar: Manə Mollayeva, 58. Nazlıcan Parlak, 62. Aytac Şərifova, 84.
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna).
Baş hakimin köməkçiləri: Aleksandra Vdovina, İrina Petrova (Ukrayna).
Dördüncü hakim: Kristina Kozoro (Ukrayna).
Bakı. “Dalğa Arena”. Saat 16:00.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (20. Peritan Bozdağ, 55), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova (13. Nərgiz Hacıyeva, 90+4), 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k) (18. Alina Dorofoyeva, 90+4), 10. Kristina Bakarandze (21. Aysun Əliyeva, 88), 11. Vüsalə Seyfətdinova, 16. Nazlıcan Parlak (14. Coşqunə Əliyeva, 88), 23. Yeliz Acar
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Milana Rəhimova, 8. Firəngiz Teymurova, 15. Kamilla Məmmədova, 19. Fidan Cəfərova.
Baş məşqçi: Siyasət Əsgərov.

Monteneqro: 12. Anastasiya Krstoviç, 3. Alseksandra Popoviç, 4. Maya Şaranoviç, 5. Tatyana Djurkoviç, 6. Helena Boziç, 7. Sladyana Bulatoviç (k), 8. Yasna Djokoviç (14. Yovana Sariç, 86), 9. Medina Deşiç (23. Yelena Vuyadinoviç, 55), 10. Yelena Karliçiç, 11. Armisa Kuç (22. Maşa Tomaşeviç, 69), 19. Nadia Stanoviç (21. Andrea Yanyuşeviç, 86).
Ehtiyat oyunçular: 1. Ayşa Kalaç, 13. Nikolina Perunoviç, 2. Miliça Radunoviç, 15. Yelena Petroviç, 16. Mayda Dreşeviç, 17. Dariya Djukiç, 18. Sara Simonoviç, 20. Nada Durdevaç.
Baş məşqçi: Mirko Mariç.

Xal: Azərbaycan – 10. Monteneqro – 6. Kipr – 4. Farer adaları – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: