Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığma komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.
Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilməyib. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda sınağa çəkib.
Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığması idi. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə sürprizə imza atmaq arzusundaydı.
Qeyd edək ki, bu oyun komandamızın tarixində 264-cü qarşılaşma olub. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız bu oyuna qədər 263 matça çıxmışdı. Hesabında 50 qələbə və 73 heç-heçə olan Azərbaycan millisi 140 dəfə uduzmuşdu. Əvvəlki 263 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxmışdı.
Bu oyun da yığmamızın məğlubiyyəti ilə başa çatıb. Komandamız Maksim Medvedevin vurduğu avtoqol nəticəsində meydanı minimal hesabla məğlub tərk edib.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
24 mart
Portuqaliya – Azərbaycan 1:0
Qol: M.Medvedev, 37-öz qapısına.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann
(Hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.
Portuqaliya: 12. Entoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 5. Nuno Mendes, 7. Kristiano Ronaldo (k), 8. Joau Moutinyo, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Joau Kanselo.
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luis Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serjio Oliveyra, 14. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik, 23. Joau Feliks.
Baş məşqçi: Fernando Santos.
Azərbaycan: 12. Şahruddin Məhəmmədliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 17. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Namiq Ələsgərov, 22. Amil Yunanov.
Baş məşqçi: Canni De Byazi.


