Azərbaycan millisi Riqada da qələbəyə həsrət qaldı

Düz bir ildir qələbəyə həsrət olan, son vaxtlar məğlubiyyətləri sıralayan futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimiz səfərdə Latviya yığması ilə üz-üzə gəlib.

Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutmuş yoxlama oyununu Maltadan olan baş hakim idarə edib.

Fernando Santosun gəlişindən sonra keçirdiyi 8 oyunun 7-də məğlub olmuş, cəmi 1 görüşdə heç-heçə etmiş Azərbaycan millisi portuqal mütəxəssislə ilk qələbəsini qazanmaq arzusundaydı. Bir nömrəli komandamız sonuncu dəfə 2024-cü ilin iyun ayının 11-də Sombatxeydə yoxlama oyununda üz-üzə gəldiyi Qazaxıstanla oyunda qələbə sevinci yaşayıb – 3:2.

Latviya yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Komandamız daha öncə bu rəqiblə 5 dəfə qarşılaşmışdı. Maraqlıdır ki, bu oyunların hamısı yoxlama görüşü olmuşdu. Rəsmi oyunlarda qarşılaşmadığımız latışlarla görüşlərimizin üçündə heç-heçə (0:0, 0:0, 2:2) qeydə alınmışdı. 2018-ci ildə Riqada 3:1 hesabıyla məğlub etdiyimiz Latviya yığması ilə sonuncu görüşümüz 2022-ci ildə Maltada baş tutmuşdu. Ta Qalidəki oyunda 0:1 hesabıyla uduzmuşduq.

Təəssüf ki, yığmamızın qələbə arzusu bu dəfə də gerçəkləşməyib. Bütün cəhdlərə baxmayaraq, Latviya ilə oyunda Azərbaycan millisi qolsuz heç-heçə ilə kifayətlənməli olub.

Yoxlama oyunu
7 iyun

Latviya – Azərbaycan 0:0
Hakimlər: Trustin Farruciya Cann, Luke Portelli, Roberto Vella (hər üç Malta), Vitali Spasyonnikov (Latviya).
Skonto stadionu. Saat 17:00.

Latviya: 23. Rixard Matreviç, 2. Daniel Balodis, 3. Vitali Yaqodinski (k), 21. Denis Melnik, 25. Krister Penkeviç (19. Bruno Melnis, 54), 15. Dmitri Zelenkov (14. Andrey Ciqanik, 46), 16. Alvis Yaunzem (22. Aleksey Savelyev, 46), 7. Eduard Daşkeviç (10. Yanis İkaunyek, 84), 20. Maksim Tonişev, 17. Lukas Vapne (11. Qleb Zaleyko, 84), 18. Marko Reqza (8. Renar Varslavan, 61).
Ehtiyat oyunçular: 1. Krişyanis Zviedris, 12. Frenk David Orol, 4. Vyaçeslav İsayev, 5. Antoni Çernomordi, 6. Krister Tober, 9. Vladislav Qutkovski, 13. Raivi Andris Yurkovski, 24. Kristap Qrabovski.
Baş məşqçi: Paolo Nikolato.

Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov (18. Cəlal Hüseynov, 78), 5. Rəhman Daşdəmirov, 17. Toral Bayramov (13. Abbas Hüseynov, 69), 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə (7. Anatoli Nuriyev, 46), 8. Emin Mahmudov (k), 16. Ceyhun Nuriyev (20. İsmayıl İbrahimli, 85), 19. Nəriman Axundzadə (11. Xəyal Əliyev, 69), 10. Mahir Emreli (9. Renat Dadaşov, 85).
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 15. Şahin Şəhniyarov, 21. Mert Çelik, 22. Musa Qurbanlı, 24. Rauf Rüstəmli.
Baş məşqçi: Fernando Santos.

Xəbəri sosial şəbəkələrdə paylaş: