Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində bu ilin sentyabr ayında yoxlama oyununda qüvvəsini sınayacaq.
Arena.az bu barədə AFFA-ya istinadən xəbər verir.
Bildirilir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığma komandası ilə qarşılaşacaq. Oyun Bakıdakı 8-ci km stadionunda (“Neftçi Arena”) baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq. Noyabrın 13-də isə Lixtenşteynlə səfər görüşü baş tutacaq.


