Azərbaycan millisi şotlandlara 6 cavabsız qolla uduzdu

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün AÇ-2022-nin seçmə mərhələsinin ikinci raundu çərçivəsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız B Liqası çərçivəsində Şotlandiya yığması ilə qarşılaşıb.

Albaniyada baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Futbolçularımız meydanı böyükhesablı məğlubiyyətlə tərk ediblər.

Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarını da məğlubiyyətlə bitirmişdi. Belə ki, qrup oyunlarına ev sahibliyi edən albanlara minimal hesabla (0:1) uduzan komandamız, Şimali Makedoniyaya da 0:3 hesabıyla məğlub olmuşdu. Bu nəticələrdən sonra Azərbaycan yığması qrup sonuncusu olub.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 3-cü qrup
14 mart

Azərbaycan – Şotlandiya 0:6
Qol: T.Burçil, 20. J.Makliri, 23; 43. C.Qrey, 29. M.Makauli, 61. L.Berri, 62.
Hakimlər: Lizzi Van Der Helm, Aniek Zwaan (hər ikisi Niderland), Erinda Kume, Kejsi Tafili (hər ikisi Albaniya).

Azərbaycan: 12. Məryam İsayeva, 2. Mələk Hacıyeva (6. Aytac Mirzəyeva, 48), 3. Aydan Həsənova, 4. Lalə Abbaszadə (18. Məsumə Nəzərli, 83), 5. Fatimeyi-Zəhra Hüseynli (k), 7. Lamiya Adimova (15. Gülbahar Yıldız, 48), 8. Seryma Nur Gencay (20. Röya Əliyeva, 90), 13. Sümeyra Kesmez, 14. Müjqan Seyidova, 17. İntizar Haqverdiyeva, 19. Pərişan Abdullayeva (16. Səma Həsənli,73).
Ehtiyat oyunçular: 1. Rabiyə Mustafayeva, 9. Fatimə Məhərrəmli, 10. Əsmaya Hacıyeva, 11. Şəkər Piriyeva.
Baş məşqçi: Zamir Həsənov.
Şotlandiya: 12. Annalisa Makkann, 3. Niamh Noble, 4. Millie Urquhart, 5. Lili Qraham, 6. Kirsti Maklin (18. Kayla Jardine, 47), 7. Tiree Burçil, 8. Olivie Potter (15. Elise Makara, 47), 9. Jodi Makliri (13. Laura Berri, 47), 10. Emma Vatson (k) (14. Mia Makauli, 47), 17. Corciya Qrey, 19. Rosie Livinqston (20. Rebekka Teylor, 59).
Ehtiyat oyunçular: 1. Lisa Maher-Rocers, 2. Eilidh Austin, 11. Mya Bates, 16. Brodie Qrinvud.
Baş məşqçi: Pauline Makdonald.

Xəbəri sosial şəbəkələrdə paylaş: