Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmaları ilə qarşılaşacaq. Millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq. Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə üz-üzə gələcək. Aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da isə millimiz Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Azərbaycan millisinin qarşıdakı toplanışına dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırırıq:
- Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
- Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Nigar Mirzəliyeva – Zenit (Rusiya)
- Manə Mollayeva – Neftçi
- Fidan Cəfərova – Neftçi
- Yeliz Acar – Fatih Vətən (Türkiyə)
- Kamilla Məmmədova – Dirçəliş
- Firəngiz Teymurova – Neftçi
- Jalə Məhsimova – Amed Spor (Türkiyə)
- Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
- Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
- Ayşən Əhmədova – Ünyespor (Türkiyə)
- Alina Dorofeyeva – Rubin (Rusiya)
- Diana Məmmədova – Rubin (Rusiya)
- Ayşən Salamzadə – Neftçi
- Xanım Əsədova – Neftçi
- Sona Rəhimova – Neftçi
- Aysun Muradova – Gölbaşı Belediye Spor Türkiyə)
- Esra Manya – Fatih Vətən (Türkiyə)
- Alina Nəhmədova – Neftçi


