Azərbaycan millisinin Macarıstana yollanacaq heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının l qrupunda aprelin 5-də Macarıstanla, ayın 9-da isə İsveçrə yığması ilə qarşılaşacaq.

Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda bu oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

Azərbaycan millisinin çalışdırıcısı qarşıdakı oyunlar üçün heyətə 23 futbolçu cəlb edib. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Aytac Şərifova – Trabzonspor (Türkiyə)
  2. Nərgiz Əliyeva – Karadeniz Ereğli Belediyespor (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Nigar Mirzəliyeva – Zenit
  5. Nərgiz Hacıyeva – Trabzonspor (Türkiyə)
  6. Manə Mollayeva – Neftçi
  7. Ayşən Əhmədova – PAOK (Yunanıstan)
  8. Alina Dorofeyeva – Yenisey (Rusiya)
  9. Diana Məmmədova – Yenisey (Rusiya)
  10. Fidan Cəfərova – Baku Juniors
  11. Aysun Əliyeva – Neftçi
  12. Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
  13. Firəngiz Teymurova – Neftçi
  14. Jalə Məhsimova – Beylerbeyi Spor (Türkiyə)
  15. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  16. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  17. Esra Manya – Beşiktaş (Türkiyə)
  18. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  19. Coşqunə Əliyeva – Neftçi
  20. Sevinc Cəfərzadə – Eastern Flames (Səudiyyə Ərəbistanı)
  21. Milana Rəhimova – Neftçi
  22. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  23. Vüsalə Seyfəddinova – Olimpiada İmittou (Yunanıstan)

Xatırladaq ki, Azərbaycan millisi Macarıstan yığmasıyla səfərdə qarşılaşacaq. Bu oyuna saat 19:45-də start veriləcək. İsveçrə ilə qarşılaşma isə Bakıda keçiriləcək. Həmin oyun da saat 16:00-da start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: