Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Ukrayna matçının bütün təyinatları müəyyənləşib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq bu görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Vassilis Fotias olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 9-da Bakıda keçiriləcək. Mərkəzi arenada baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk oyununda İslandiyaya 0:5 hesabıyla uduzub. Ukrayna isə Fransa yığması ilə ev oyununda 0:2 hesablı məğlubiyyətə üzülüb.
DÇ-2026-nın seçmə mərhələsi
9 sentyabr
Azərbaycan – Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis (Yunanıstan).
Dördüncü hakim: Anastasios Papapetru (Yunanıstan).
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Yunanıstandan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.



