Azarkeş “Mançester Yunayted” futbolçularına stul tolazladı

Premyer Liqanın 9-cu turunun “Şeffild Yunayted”lə oyununda (2:1) azarkeş “Mançester Yunayted”in bir neçə futbolçusuna stul tolazlayıb.

Arena.az məlumat verir ki, 77-ci dəqiqədə həlledici qolu vurmuş mankunianlılar qonaqların qapısı yaxınlığında uğurlarını qeyd etməyə başlayıblar.

Bu zaman rəqib azarkeşlərdən biri futbolçuların üstünə qatlanan stul tolazlayıb. Hadisə zamanı heç kim xəsarət almayıb. Bu əməlin sahibi olan azarkeşi müəyyən etmək mümkün olmayıb.

Qələbə sayəsində “Mançester Yunayted” xalını 15-ə yüksəldib və 9 turdan sonra Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Şeffild Yunayted” isə 1 xalla turnir cədvəlinin dibinə çöküb.

Premyer Liqaya “qırmızı şeytanlar”ın əzəli rəqibi, həmşəhərliləri “Mançester Siti” başçlıq edir. “Şəhərlilər”in 21 xalı var. Buna rəğmən 9-cu oyunun hələ keçirməmiş “Tottenhem” çempionatın potensial lideridir. “Mahmızlar”ın 20 xalı var və bu gün “Fulhem”i məğlub edəcəyi halda, Angelos Postekoqlunun komandası turnir cədvəlinin vahid lideri olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: